futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Misir millisinin futbolçusu Hamza Abdelkader dünya çempionatları tarixinə düşüb.
Futbolpress.az xəbər verir ki, o, yığma ilə mundiallarda oyuna çıxan ən gənc futbolçu adını qazanıb.
18 yaşlı hücumçu Belçika ilə dünya çempionatının birinci tur matçında (1:1) meydana çıxıb.
Hamza bir neçə gün əvvəl “Barselona” ilə müqavilə imzalayıb.