18 yaşlı arvadını öldürdü

22.12.2024

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Ağstafada ər həyat yoldaşını qətlə yetirib.

Metbuat.az xəbər verir ki, hadisəni törətməkdə Vurğun qəsəbə sakini 23 yaşlı İlyas Qədimov şübhəli bilinir. Onun həyat yoldaşı 18 yaşlı Mədinə Qədimova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə qadının ata evində törədilib. Artıq polis qətli törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью