18 yaşlı belarus Portuda İdman və Biz

15.01.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

18 yaşlı belaruslu futbolçu Trofim Melniçenko karyerasını "Portu"da davam etdirəcək.

İdman.biz xəbər verir ki, o, Minsk "Dinamo"sundan transfer olunub.

Melniçenko ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb. O, "Portu"nun B komandasında çıxış edəcək. "Dinamo" akademiyasının yetirməsi olan Trofim komandanın əsas heyətində 37 oyunda 3 qol vurub, 5 ötürmə verib.

Qeyd edək ki, istedadlı hücumçu yeni komandasında 43 nömrəli formada çıxış edəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью