Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Çelsi"nin gənc ulduzu Estevao, dünən "Barselonaya" qarşı vurduğu qolla daha bir tarixi nailiyyətə imza atıb.
Fanat.Az xəbər verir ki, braziliyalı istedad bununla Kilian Mbappedən sonra Çempionlar Liqasında əsas heyətdə başlayıb oynadığı ilk üç matçın hamısında qol vurmağı bacaran ən gənc ikinci futbolçu olub.
Mbappe bu rekordu 18 yaş 113 gündə, Estevao isə 18 yaş 215 gündə yeniləyib. Siyahının üçüncü sırasında 19 yaş 107 gün göstəricisi ilə Erlinq Holand qərarlaşıb.
"Çelsi"nin gələcəkdə komandasının əsas aparıcı fiqurlarından biri olması gözlənilən Estevao, ardıcıl performansı ilə Avropanın diqqət mərkəzinə düşməyə davam edir.
Kamil Xudiyev