18 yaşlı futbolçu PSJ nin “radar”ında

10.10.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Luis Paçeço karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, PSJ 18 yaşlı yarımmüdafiəçini izləyir. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.

“Palmeyras”ın yetirməsi olan Luis komandada 13 oyuna çıxıb.

PSJ nümayəndələri qış transfer dönəminədək oyunçunu yaxından izləyəcək. Futbolçunun “transfermarkt”da dəyəri 1.5 milyon avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью