18 yaşlı gənc əvvəl 12 min oğurladığı evi yenə qarət elədi

27.02.2025

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Oğurluq etdiyi evə yenidən eyni məqsədlə daxil oldu – polis saxladı

Fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə AzPost-a DİN mətbuat xidməti bildirib.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı T.Hüseynzadə saxlanılıb. Araşdırmalarla onun həmin evdən əvvəllər 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla isə oğurluq etdiyinə görə saxlanılmış M.Məmmədovun Nardaran qəsəbəsində 215 metr naqil oğurladığı da müəyyən edilib.

Araşdırmalar aparılır.

“TikTok”da izləyin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью