18 yaşlı müdafiəçi Avropa nəhənglərinin hədəfində

10.11.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Lans"ın müdafiəçisi Killian Antonio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" və "Aston Villa" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fussball news" portalı məlumat yayıb.

"Aston Villa" yanvarda Antonio üçün Fransa klubuna 20 milyon avroluq təklif göndərməyi planlaşdırır. "Lans" isə 18 yaşlı mərkəz müdafiəçisini 30 milyon avrodan aşağı məbləğə satmağı düşünmür.

Fransanın U-19 milli komandasının üzvü ilə PSJ də maraqlanır.

Qeyd edək ki, Killian Antonio 2023-cü ilin yayında "Lans"ın akademiyasında qoşulub. Gənc oyunçu cari mövsümə Liqa 1 təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью