18 yaşlı müştəri kafe sahibini bıçaqladı

03.11.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mingəçevirdə bıçaqlanma olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən kafelərdən birinin qarşısında baş verib.

Belə ki, 18 yaşlı Fuad Cəfərli hesab üstündə aralarında yaranmış mübahisə zamanı kafenin 40 yaşlı sahibi Səbuhi Xudadatova kəsici alətlə xəsarət yetirib. Əməli törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью