18 yaşlı oğlan sirkə turşusundan zəhərləndi

11.03.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Biləsuvar rayonunda zəhərlənmə hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 2007-ci il təvəllüdlü D. Rəsulov yaşadığı evdə sirkə turşusu içib. 

O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına  çatdırılıb. Ona xəstəxanada tibbi yardım göstərilib və Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью