18 yaşlı özbək futbolçu La Liqa klubunda

05.01.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özbəkistanlı futbolçu Lazizbek Mirzaev karyerasını İspaniyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Leqanes" Daşkənd "Lokomotiv"inin hücumameyilli yarımmüdafiəçisini transfer edib. La Liqa klubu 18 yaşlı futbolçu üçün Özbəkistan təmsilçisinə 100 min avro təzminat ödəyib.

Gənc oyunçu "Leqanes"in B komandasında çıxış edəcək. Onunla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Lazizbek Mirzaev 2023-cü ilin yanvar ayından çıxış etdiyi "Lokomotiv"in əsas komandasının heyətində 23 rəsmi matçda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью