18 yaşlı qadın qətlə yetirildi: əri şübhəlidir TƏFƏRRÜAT

22.12.2024

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağstafa rayonunda qətl hadisəsi qeydə alınıb.

Ölkə.Az-ın məlumatına görə, hadisə Vurğun qəsəbəsində qeydə alınıb.

Ağstafa rayon sakini 23 yaşlı İlyas Qədimov şəxsi münasibətlər zəminində həyat yoldaşı, 18 yaşlı Mədinə Qədimovanı qətlə yetirib.

Qeyd edək ki, hadisə qadının ata evində törədilib. Artıq polis qətli törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//Report 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью