18 yaşlı qız dəm qazından boğularaq ÖLDÜ

06.12.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Samux rayonunda zəhərlənmə faktı qeydə alınıb.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü kənd sakini F. Abbaszadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью