18 yaşlı qız dəm qazından öldü

06.12.2024

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Samuxda 18 yaşlı qız faciəvi şəkildə ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə rayonun Sərkər kəndində qeydə alınıb. 

İlkin məlumata görə, 18 yaşlı Fidan Abbaszadə hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. 

Hadisə yerinə Samux rayon Prokurorluq və Polis Şöbəsinin əməkdaşları cəlb olunub. 

F.Abbaszadə evin tək uşağı olub. (Qafqazinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью