18 yaşlı qız faciəvi şəkildə öldü

06.12.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Samuxda 18 yaşlı qız faciəvi şəkildə ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Sərkər kəndində qeydə alınıb.

İlkin məlumata görə, 18 yaşlı Fidan Abbaszadə hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hadisə yerinə Samux rayon Prokurorluq və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

F.Abbaszadə evin tək uşağı olub.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью