18 yaşlı şahmatçı dünya çempionu oldu

12.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Hindistanlı qrossmeyster Qukeş Dommaracu şahmat üzrə dünya çempionu olub.

Teleqraf.com xəbər verir ki, 18 yaşlı şahmatçı Sinqapurda keçirilən turnirin final görüşündə çinli Din Lijeni 7,5:6,5 hesabı ilə məğlub edib.

Beləliklə, Qukeş Dommaracu şahmat tarixində ən gənc dünya çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью