18 yaşlı türk İngiltərə Premyer Liqa klubuna keçdi

04.02.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Gençlerbirliği"nin yetirməsi Baran Yıldız "Nyukasl"a transfer olunub. 

QOL.az xəbər verir ki, bu barədə Türkiyə klubunun idman direktoru Ali Ekber Düzgün AA nəşrinə açıqlamasında deyib. 

O, 18 yaşlı yarımmüdafiəçinin İngiltərə klubu ilə artıq müqavilə imzaladığını və transferin tamamlandığını bildirib. Türkiyə 1-ci liqası klubunun təmsilçisi futbolçuya gələcək karyerasında uğurlar arzu edib. 

Qeyd edək ki, Baran Yıldız "Nyukasl"ın U-18 komandasında çıxış edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью