Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın nəhənglərindən Paris Sen-Jermen (PSJ) “Barselona”nın gənc ulduzu Lamin Yamal üçün iddiasını davam etdirir.
Fanat.Az xəbər verir ki, məlumata görə, cəmi 18 yaşında olmasına baxmayaraq, PSJ rəhbərliyi Yamalı “əsas hədəf” kimi müəyyənləşdirib və onun transferi üçün bütün imkanlarını səfərbər etməyə hazırlaşır.
Bu barədə məlumatı tanınmış jurnalist Romain Molina yayıb.
Gənc futbolçunun “Barselona” ilə 2031-ci ilə qədər müqaviləsi olsa da, PSJ rəhbərliyi hansı maneə olursa-olsun Yamalı gələcəkdə heyətə qatacaqlarına tam inamla baxır.
Kamil Xudiyev