Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zaqreb "Dinamo"sunun futbolçusu Leon Yakiroviçin İtaliya nəhənginə transferi tamamlanmaq üzrədir.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 18 yaşlı müdafiəçi "İnter"ə qoşulur.
Milan təmsilçisi bu keçid üçün xorvatlara 2,5+2 (bonus) milyon avro ödəyəcək.
Zaqreblilər gənc istedadın növbəti satışından da gəlir əldə edəcəklər.
Yakiroviç yaxın günlərdə tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya yollanacaq.
O, ilk olaraq "İnter"in U-23 komandasında oynayacaq. Qeyd edək ki, Leon "Dinamo"nun əsas heyətində dörd matça çıxıb.
Abunə Ol Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.