Apasport saytına istinadən Icma.az xəbər verir.
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın “Kasa Pia” komandasında çıxış edən Renato Nheqanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 18 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb. “Sarı-qırmızılılar” bu keçid üçün qarşı tərəfə 6,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Nheqa bu mövsüm “Kasa Pia”nın heyətində keçirdiyi 21 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Portuqaliya millisinin üzvü daha 3 il “Əl-Hilal”da Kantenin “Fənərbaxça”da qazanacağı məbləğ bəlli oldu En-Nesiri rəsmən "ƏL-İTTİHAD"DA "Bavariya"da ciddi itki "Ayaks"dan yeni transfer