180 avtomobilə səhvən başqa yanacaq töküldü

06.09.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreyanın Pusan şəhərində yanacaqdoldurma məntəqəsinin əməkdaşlarının səhvi üzündən 180 avtomobilə benzinlə dizel yanacağının qatışığı tökülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əhvalat Saxa-qu-Pusan rayonundakı məntəqələrdən birində baş verib.

Əməkdaşların səhlənkarlığı üzündən dizel yanacağı benzin olan çənlərə vurulub. Bundan sonra isə həmin çəndən benzinlə işləyən avtomobillərə yanacaq doldurulub. Problem çoxsaylı şikayətlərdən sonra üzə çıxıb. 180 avtomobilin demək olar ki, heç biri işləməyib. 

Qeyd edək ki, yanacaqdoldurma məntəqəsinin rəhbərliyi bütün avtomobillərə dəymiş ziyanı qarşılamağı üzərinə götürüb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью