187 sərnişin qoxudan şikayət etdi, təyyarə geri döndü ABŞ də

16.06.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Delta Air Lines” reysi ilə uçan sərnişinlər göyərtədəki qəribə qoxudan şikayətləndikdən sonra təyyarə ABŞ üzərində geri dönüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Daily Star” məlumat yayıb.

Hadisə iyunun 11-də Orlandodan Detroyta uçan təyyarədə baş verib. 187 sərnişini daşıyan təyyarə sonda Şarlotta eniş edib.

“Müştərilərimizin təhlükəsizliyindən daha vacib heç nə yoxdur. Bu təcrübəyə və gecikmələrə görə üzr istəyirik”, - “Delta” açıqlamasında bildirib.

Enişdən sonra sərnişinlər mehmanxanaya yerləşdirilib, təyyarə baxışa göndərilib. Qəribə qoxunun səbəbi məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью