19 aptekdə ötən ay nöqsanlar müəyyən edilib

03.09.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən avqust ayında 70 aptekdə yoxlama həyata keçirilib.

XQ xəbər verir ki, bu barədə AEM-dən bildirib.

Bildirilib ki, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.:

"Yoxlamaların 51-i planlı, 16-sı plandankənar və 3-ü yoxlamadan kənar olub. Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью