19 bıçaq xəsarəti alan azyaşlı evə buraxıldı

14.02.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 4-ü Ağcabədi rayonunun Aşağı Avşar kəndində 19 bıçaq xəsarəti yetirilən 2019-cu il təvəllüdlü Sübhan Bəşirov xəstəxanadan evə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.az-a azyaşlının atası Rəşad Bəşirov bildirib.

O qeyd edib ki, bu gün səhər saatlarında uşaq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında təkrar tibbi müayinədən keçirilib və o, ambulator müalicə üçün evə buraxılıb: “Vəziyyəti normallaşır, yavaş-yavaş yeriyir. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur, vəziyyəti yaxşıdır. Ona görə də məsləhət gördülər ki, müalicəsi ev şəraitində davam etdirilsin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью