Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xalq artisti, opera ifaçısı Elçin Əzizov yeni mövsümdə də Rusiyanın Böyük Teatrında çalışacaq.
Axşam.az xəbər verir ki, opera ifaçısı bununla bağlı media hesabında 19-cu mövsümünün açıldığını bildirib. O, yeni mövsümü Pyotr Çaykovskinin “İolanta” operasındakı çıxışı ilə açdığını qeyd edib.
“Böyük Teatrda 19-cu mövsümüm açıldı. Çox şadam ki, onu sevimli "İolanta"mla, Çaykovskinin əsəri ilə yenidən açdım” deyə, E.Əzizov paylaşımında yazıb.
Qeyd edək ki, Elçin Əzizov uzun illərdir Böyük Teatrın səhnəsində çıxış edir və burada bir sıra məşhur opera tamaşalarında əsas rolları canlandırıb.