Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Britaniyalı dağ bələdçisi Kenton Kul bazar günü Everestə 19-cu dəfə qalxaraq dünyanın ən yüksək dağına qalxmaq üzrə rekord vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
İngiltərənin cənub-qərbindən olan 51 yaşlı Kenton Kul bir neçə digər alpinistlə birlikdə bazar günü 8,849 metr hündürlükdə zirvəyə çatıb.
Kul Everestə ilk dəfə 2004-cü ildə çıxıb və o vaxtdan bəri demək olar ki, hər il bunu təkrar edir.
İlk dəfə 2004-cü ildə Everestə qalxan Kul həmin vaxtdan bəri demək olar ki, hər il zirvəyə dırmanıb. O, daha əvvəl Everest, Lhotse və Nuptse zirvələrinə ardıcıl qalxaraq bazaya qayıtmadan “Everest üçlüyü”nü tamamlayan ilk şəxs olub.