Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
“Yanvarda ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 19 gün normadan yuxarı (0.9–8.8 dərəcə), 10 gün normadan aşağı (0.7–1.9 dərəcə), 2 gün isə norma daxilində olub. Orta aylıq temperatur 6.2 dərəcə isti olub ki, bu da iqlim normasından 1.8 dərəcə yuxarıdır”.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, yanvarda normadan maksimal fərq ayın 12-də qeydə alınıb: “Həmin gün havanın maksimal temperaturu Abşeron yarımadasında (Sumqayıt) 21 dərəcə, bölgələrdə isə (Astara) 23 dərəcəyədək olub. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında yanvarın 22-də 1.5 dərəcə (Bakı, Maştağa), yüksək dağlıq ərazilərdə isə yanvarın 16-da 22 dərəcəyədək (Şahdağ) qeydə alınıb.
Yanvar ayının bəzi günlərində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə sulu qar və qar yağıb, bəzi ərazilərdə isə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Ümumilikdə bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 271 faizi olmaqla Lənkəran-Astara zonasına (128.2–206.4 mm) və aylıq normanın 205 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Binə - 48.1 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Lerikdə 116 sm təşkil edib”.
O, həmçinin bildirib ki, yanvar ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 xəbərdarlıq (sarı və narıncı) verilib: “Bakı və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 20 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 26 m/s-dək güclənib”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin