Icma.az, Reyting.az saytına istinadən bildirir.
Moskva hərbi məhkəməsi müğənni Avraam Russoya sui-qəsd cəhdində təqsirləndirilən Tarxan Yeldukayevi həbsdə saxlayıb.
Reyting.az bildirir ki, bu barədə jurnalistlərə zərərçəkmişin maraqlarını təmsil edən vəkil Andrey Alyoşkin məlumat verib.
Onun sözlərinə görə, T. Yeldukayevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti altı ay uzadılıb.

Vəkil deyib ki, istintaq araşdırmasına görə, Yeldukayev məşhur iş adamı Telman İsmayılovun şəxsi mühafizəçisi işləyib. İstintaq onun 2006-cı ildə Abraam Russoya sui-qəsd sifarişini öz şefindən aldığına dair versiyanı yoxlayır.
V. QULİYEV