19 ildən sonra ilk birgə bəyanatı imzaladılar

18.06.2026

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

NATO müdafiə nazirləri Avropada nüvə çəkindirmə qüvvələrinin modernləşdirilməsini davam etdirmək barədə razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Şimali Atlantika Alyansının Nüvə Planlaşdırma Qrupunun (NPG) iclasından sonra yayılan birgə bəyanatda bildirilib.

Sənədə əsasən, müttəfiqlər NATO-nun nüvə missiyasının yerinə yetirilməsi, həmçinin Alyansın birliyi və qətiyyətinin nümayiş etdirilməsi üçün zəruri resurslara, imkanlara və qüvvələrə investisiya yatırılması ilə bağlı öhdəliklərini bir daha təsdiqləyiblər.

Məlumata görə, bu, NATO Nüvə Planlaşdırma Qrupuna daxil olan ölkələrin son 19 ildə qəbul etdiyi ilk birgə bəyanatdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью