19 namizəddən 12 si uğur qazandı FOTO

11.09.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib. Qeyd olunur ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Boş qalan 181 plan yeri üzrə 19 namizəd müsabiqədə iştirak edib. Onlardan 12 nəfər rezidenturaya qəbul olunub.Rezidenturaya qəbul olunanlar qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Qeydiyyat 15 sentyabr saat 15:00-dan 22 sentyabr saat 18:00-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzi xəbərdarlıq edib ki, Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.

İlham

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью