19 yaşlı forvard Milan ın hədəfində

21.08.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Milan" Braziliyanın "Vasko da Qama" klubunun hücumçusu Rayan Vitoru transfer etməyi düşünür.

İdman.biz xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yazıb.

Klublar arasında hələlik rəsmi danışıqlar başlamasa da, "Milan" rəhbərliyi 19 yaşlı forvardla ciddi maraqlanır.

“Milan”da oyunçunu təkcə cari mövsüm üçün gücləndirici kimi deyil, həm də gənc yaşına və gələcək potensialına görə sərfəli investisiya kimi görürlər.

Qeyd edək ki, 2025-ci ildə Vitor bütün yarışlarda 35 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью