19 yaşlı gənc 12 ci mərtəbədən yıxılaraq ÖLDÜ

01.11.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeronda bədbəxt hadisə baş verib.
Redaktor.az
APA-ya istinadən xəbər verir ki, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksində 19 yaşlı İlqar Quliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb.
Məlumata görə, yeniyetmə oğlan sözügedən binada yaşamayıb. O binaya hazırlığa gəlirmiş.
Faktla bağlı araşdırma aparılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən məlumata görə, 19 yaşlı şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb:
“01.11.2025-ci il tarixində saat 12:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən təcili çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 19 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью