Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. 19 yaşlı gənc qız atası üçün yardımsevər şəxslərdən dəstək istəyib.
2005-ci il təvəllüdlü Səmra atası Abdulla Bağırov üçün Oxu.Az-a müraciət edib.
O atasının xroniki ürək çatışmazlığından əziyyət çəkdiyini deyib.
"Atamın 61 yaşı var, o illərdir xroniki ürək çatışmazlığından əziyyət çəkir. Bundan əvvəl bir dəfə infarkt keçirib.
Hazırda həkimlər onun ürəyinin 18% işlədiyini deyir. Ürəyinə ritm aparatı qoyulmalıdır, müalicə olmalıdır.
Amma nə aparat, nə müalicə üçün imkanımız yoxdur. Atamın vəziyyəti get-gedə ağırlaşır, nəfəs almaqda çətinlik çəkir".
O bildirib ki, atanın müalicəsi üçün maddi dəstəyə ehtiyacları var. "Mən tələbəyəm, kirayədə qalırıq.
Atam xəstəliyi ilə əlaqədar işləyə bilmir, mən isə dərsdən sonra əlavə işlərdə işləyirəm.