19 yaşlı gənc qoyun və keçiləri zorladı dəhşət

21.04.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Fransada 19 yaşlı Əfqanıstan əsilli gənc heyvanlara qarşı cinsi zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, onun hərəkətlərindən azı 6 qoyun və keçi zərər çəkib. Bəzi heyvanların isə dəfələrlə zorakılığa məruz qaldığı bildirilir.

Şübhəli Marsel şəhəri yaxınlığında yerləşən Le-Pen-Mirabo qəsəbəsində saxlanılıb. “Maritima” radiosunun məlumatına görə, o, birbaşa cinayət başında – baxımsızlıqdan əziyyət çəkmiş heyvanların reabilitasiyası üçün nəzərdə tutulan təlim fermasında yaxalanıb.

Bildirilir ki, ilk hadisələr fevral ayında qeydə alınıb. Ferma direktoru Kassandra Sortino baş verənləri belə şərh edib:
“Şok içində idik. Heç düşünməzdik ki, kimsə heyvanlara qarşı belə davranar. Gənc bir qoyun üç dəfə hücuma məruz qalıb. Bir epizodda aldığı xəsarətlər o qədər ağır idi ki, onu itirəcəyimizi düşündük”.

Hadisədən sonra əraziyə real vaxt rejimində görüntü ötürən videokameralar quraşdırılıb. Məhz bu kameralar vasitəsilə şübhəli növbəti dəfə cinayət törədərkən yaxalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью