19 yaşlı idmançı məşq vaxtı öldü

25.01.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

İtaliyalı velosipedçi Sara Piffer 19 yaşında Medzokoronada məşq edərkən avtomobil tərəfindən vurularaq dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə AFP İtaliya Velosipedçilər Assosiasiyasına istinadən məlumat yayıb.

Piffer İtaliyanın şimalındakı Bolzano yaxınlığında yerləşən "Mendelspeck" komandasında çıxış edib.

İdmançı və onun qardaşı velosiped sürərkən 70 yaşlı kişi ötmə hərəkəti edib, onları vurub. Velosipedçinin qardaşı yüngül xəsarətlər alıb.

Piffer 2023-cü il Dünya Gənclər Çempionatında 18-ci olub və növbəti mövsümdə peşəkar kimi debüt etməli idi.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью