19 yaşlı qız 3 cü mərtəbədən yıxıldı Vəziyyəti ağırdır

22.06.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Paytaxtın Səbail rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 19-u saat 23 radələrində 2007-ci il təvəllüdlü Zərifə Hüseynova yaşadığı Xanlar küçəsi ev 24 mənzil 9-un (3-cü mərtəbə) eyvanından yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью