19 yaşlı qız dəm qazından boğularaq öldü KONKRET

15.12.2025

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.

2006-cı il təvəllüdlü Hüseynova Züleyxa Niyaz qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью