19 yaşlı qız dəm qazından ÖLDÜ

17.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Salyan sakini dəm qazından boğularaq ölüb.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Bəşirova Aynur Müşfiq qızı hamamda olarkən dəm qazından boğulub.

O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью