Milli.az saytına istinadən Icma.az xəbər verir. Salyan sakini dəm qazından boğularaq ölüb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Bəşirova Aynur Müşfiq qızı hamamda olarkən dəm qazından boğulub.
O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.