19 yaşlı qız maşını maneəyə çırpdı: ağır xəsarət aldı

15.03.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

Axar.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Ayan Zaur qızı Əliyevanın idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan A.Əliyeva təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью