19 yaşlı qız oteldə içkidən zəhərlənib öldü

22.11.2024

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avstraliyalı Holli Bouls adlı 19 yaşlı gənc qız Laosda tətil zamanı ölüb.

Sfera.az "Daily mail"ə istinadən xəbər verir ki, onun metanol zəhərlənməsindən həyatını itirdiyi güman edilir.

Boulsun ailəsi övladını xəstəxanaya çatdırsa da onu xilas etmək mümkün olmayıb. 

Bu hadisədən bir gün sonra onun ən yaxın dostu da ölüb.

Eyni yaşda olan Bianka Conz isə cümə axşamı başqa bir xəstəxanada ölüb. Zəhərli içkilərin verildiyi iddia edilən hostelin sahibi polis tərəfindən saxlanılıb.

Araşdırmalar davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью