19 yaşlı TikTok fenomeni vəfat edib

26.05.2025

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son videosunda xəstəliyinin irəlilədiyini və əməliyyat mümkün olmadığını açıqlayaraq dua istəmişdi


ABŞ-da yaşayan və TikTok-da 100 mindən çox izləyicisi olan 19 yaşlı Anna Grace Phelan, dördüncü mərhələ beyin xərçəngi səbəbilə həyatını itirib. Ailəsinin verdiyi məlumata görə, Phelan 23 mayda dünyasını dəyişib.


Sherg.az xəbər verir ki, orta məktəbi Georgia ştatında bitirən Phelan, 2024-cü ildə universitetə başlamağa hazırlaşarkən xəstələnmiş və ona bədxassəli şiş diaqnozu qoyulmuşdu. Müalicə müddətini TikTok hesabında izləyiciləri ilə bölüşən Phelan, son videosunda xəstəliyinin irəlilədiyini və əməliyyat mümkün olmadığını açıqlayaraq dua istəmişdi.

Vida mərasimi 29 mayda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью