19 yaşlılar Serbiyada sevindi

17.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası U-19 Avropa Çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, yığmamız səfərdə Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 16-cı dəqiqədə Ümid Salimov açıb. İkinci hissədə üstünlüyünü qoruyan yığmamız 67-ci dəqiqədə Mustafa Kamaranın penaltidən vurduğu qolla fərqi artırıb və matçın yekun hesabını müəyyənləşdirib.

Qeydə alınan nəticə:

U-19 Avropa Çempionatı

Təsnifat mərhələsi

Liqa B

Qrup 1

Farer adaları U-19 – Azərbaycan U-19 0:2

Qollar: Ümid Salimov, 16, Mustafa Kamara, 67 (pen.)

Qrupda vəziyyət aşağıdakı kimidir:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью