190 milyonluq revanş döyüşünün qalibi o oldu Şəkillər

22.12.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

Ötən gecə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda boks gecəsi keçirilib.

QOL.az xəbər verir ki, maraqla gözlənilən döyüşlərdən biri Aleksandr Usiklə Tayson Fyuri arasında olub. Bu qarşılaşmanın mükafat fondu 190 milyon dollar olub.

WBC, IBO, WBO, WBA (Super) və The Ring versiyaları üzrə dünya çempionu titulu uğrunda 12 raund davam edən döyüş ukraynalı Usikin qələbəsi ilə yekunlaşıb - 116:112. 

Usik qələbəyə görə təqribən 100 milyon dollar mükafat qazanıb.

Qeyd edək ki, boksçular arasında mayın 18-də Ər-Riyadda keçirilən görüşdə T.Fyurini məğlub edən A.Usik mütləq dünya çempionu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью