192 idmançımız gimnaziadada

02.04.2025

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Serbiyada ISF U-15 Gimnaziada İdman Oyunları keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yarışda ölkəmiz 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 192 idmançı ilə təmsil olunacaq.

Yarışlar aprelin 4-dən 14-dək davam edəcək. Oyunların açılış mərasimi aprelin 5-də, bağlanışı isə 12-də Zlatibor şəhərində keçiriləcək.

L.QURBANOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью