192 nəfərə yaxın insan qalıqları ekshumasiya edilib

10.03.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Birinci Qarabağ mübaribəsində şəhid olmuş və şəxsiyyəti müəyyənləşdirilmədən dəfn olunan 192 nəfərə yaxın insan qalıqları ekshumasiya edilib. SİA xəbər verir ki, bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında məlumat verilib.

2025- ci il martın 1-nə olan məlumata əsasən 165 nəfərin şəxsiyyəti dəqiqləşdirilib və ailələrinə təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью