1.93 manata satılan qala ilə bağlı maraqlı faktlar

30.05.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Finlandiyanın Kotka şəhəri yaxınlığında yerləşən Kyumeneqorod qalası şəhər rəhbərliyi tərəfindən rəmzi qiymətə 1 avroya (təxminən 2 manat) alınaraq turizm və mədəniyyət mərkəzinə çevriləcək.

Ölkə.az Milli.Az-a istinadən xəbər verir ki, qala 18-ci əsrdə Rusiya-İsveç müharibəsi dövründə müdafiə məqsədilə tikilib. Müharibədən sonra hərbi əhəmiyyətini itirən istehkam sonradan qaçqın düşərgəsi, xəstəxana və təlim sahəsi kimi istifadə olunub. Sonuncu dəfə 2005-ci ildə istifadə edilib və illərlə baxımsız qalıb.

Yeni plana əsasən, ərazidə muzey, sərgi və tədbir sahələri yaradılacaq və qala yaxın illərdə ictimaiyyətə açılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью