1960 cı ildə proqnozlaşdırılan qiyamət günü gəldi

16.11.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

1960-cı ildə avstriyalı alim Haynts fon Försterin irəli sürdüyü hesablamaya görə, 13 noyabr 2026-cı il bəşəriyyətin "qiyamət günü" olmalı idi. Lakin proqnoz özünü doğrultmayıb.

BAKU.WS xəbər verir ki, alim 1960-cı ildə "Science" jurnalında dərc olunan məqaləsində dünya əhalisinin artım sürətini araşdırıb.

Hesablamalarına əsasən, artım eyni templə davam etsəydi, 2026-cı ilin noyabrında Yer kürəsinin əhalisi sonsuzluğa çatmalı idi.

Ancaq sonrakı illərdə əhali artımının sürəti azalıb.

BMT-nin proqnozuna görə, dünya əhalisi 2080-ci illərdə ən yüksək həddə çatacaq, daha sonra isə azalmağa başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью