1966 cı ildən bəri hələ belə sonluq görünməmişdi

14.06.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə dünya çempionatının B qrupunda Qətər və İsveçrə yığmaları yaşıl meydana çıxıb.

Fanat.Az xəbər verir ki, gərgin keçən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunun 17-ci dəqiqəsində Brel Embolonun penalti qolu ilə önə keçən və matçın böyük hissəsində üstünlüyünü qoruyan İsveçrə millisi, uzatma dəqiqələrində qələbəni əldən verib. Belə ki, 90+4-cü dəqiqədə səhnəyə çıxan qətərli təcrübəli oyunçu Bualem Xuxi vurduğu qolla komandasına qızıl dəyərində 1 xal qazandırıb.

Bu qol həm də dünya çempionatları tarixinə düşüb. Belə ki, Xuxinin fərqlənməsi, 1966-cı ildən bu yana dünya çempionatlarının qrup mərhələsində qeydə gələn ən gec üçüncü bərabərlik qolu olub. Bu göstəricidə turnir tarixinin rekord siyahısı isə belədir:

• 1-ci yer: Silvestre Varela (Portuqaliya) – 2014-cü ildə ABŞ-a qarşı (94:34)

• 2-ci yer: Luis Ernandes (Meksika) – 1998-ci ildə Niderlanda qarşı (94:04)

• 3-cü yer: Bualem Xuhi (Qətər) – 2026-cı ildə İsveçrəyə qarşı (93:59)

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью