1ci siniflərin yerdəyişmə prosesinə başlanılır

25.11.2024

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

25 noyabr 2024-cü il saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv ediləcək. 
Demokrat.az xəbər verir ki, proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. 
Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər 01 dekabr 2024-cü il tarixinə qədər müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə 01 noyabr 2024-cü il tarixindən başlanılıb. Bu günə qədər portal vasitəsilə valideynlər tərəfindən təqdim edilən 12 000 sorğu uğurla yekunlaşıb və təsdiq edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью