1ci siniflərin yerdəyişmə prosesinə başlanılır

25.11.2024

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

25 noyabr 2024-cü il saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv ediləcək. 

Gununsesi.info xəbər verir ki, proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər 01 dekabr 2024-cü il tarixinə qədər müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə 01 noyabr 2024-cü il tarixindən başlanılıb. Bu günə qədər portal vasitəsilə valideynlər tərəfindən təqdim edilən 12 000 sorğu uğurla yekunlaşıb və təsdiq edilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью